Ermənilər yenə II Qaragenə görə küçələrə çıxdılar VİDEO

12 İyun, 2018 10:31 | Siyasət | Baxış sayı: 74
II Qaragen
II Qaragen

Onlar dini lideirn istefasını tələb edirlər

Ermənistanda bütün ermənilərin katilokosu II Qaragenə qarşı etirazlar davam edir. İstiPress-in "Sputnik"in erməni versiyasına istinadla verdiyi məlumata görə, paytaxt İrəvanda ötən gecə daha bir etiraz aksiyası baş tutub. Nümayişçilər dini rəhbərin istefasını tələb ediblər. 

Ermənistanın dini liderindən narazı olanların aksiyaları iyunun 7-dən başlayıb. Bir həftəyə yaxındır ki, müntəzəm olaraq şəhərin müxtəlif yerlərində etirazlar keçirilir. Hətta İrəvandakı ən böyük kilsədə keçirilən dini ayin zamanı rahiblər belə II Qaragenə görə mübahisə ediblər. Mübahisə sonradan davaya çevrilib. 

Bu zaman kilsədə olan dini lider isə oranı səssizcə tərk edib.