Əliyev Putinə məktub göndərdi

12 İyun, 2018 09:09 | Siyasət | Baxış sayı: 63
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

"Birgə səylər tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək"

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Günü münasibətilə RF rəhbəri  Vladimir Putinə təbrik məktubu göndərib.

Məktubda dost Rusiyanın bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll etdiyi, onun beynəlxalq arenada fəal rol oynadığı qeyd olunur.

“Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur”.

Prezident İlham Əliyev əminliklə vurğulayır ki, birgə səylər bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.