Deputatların maaşı artırıldı - Prezident təsdiqlədi

12 May, 2018 14:49 | Siyasət | Baxış sayı: 198
Milli Məclis
Milli Məclis

Artım sədrdən sıravi deputata kimi hamını əhatə edib

Azərbaycanda deputatların vəzifə maaşı artırılıb. 

İstiPress-in məlumatına görə, prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

Qeyd edək ki, maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.