Azərbaycan taborları İrəvan - Gümrü istiqamətində irəliləyəcək

12 May, 2018 17:59 | Siyasət | Baxış sayı: 2765
Az'rbaycan və Türkiyə tankları
Az'rbaycan və Türkiyə tankları

Bu barədə Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi keçiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə “AzeriDefence”nin “Efes-2018” təlimində iştirak etmiş əməkdaşına eksklüziv olaraq Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

May ayının 29-dan 31-dək davam edəcək döyüş atışlı təlimdə hər iki tərəfdən tabor səviyyəsində qüvvələr iştirak edəcək. Təlimə Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Orduunun qüvvələri qatılacaq. Yəni Azərbaycan taborları İrəvan - Gümrü istiqamətində irəliləyərək, Türkiyə ərazisi ilə Qarsa gedəcək. 

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir. Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.