Tonoyanın tutmaq istədiyi yeni istiqamətlər - SİYAHI

12 Aprel, 2019 16:44 | Siyasət | Baxış sayı: 1812
Rusiyanın Ermənistana verdiyi Su - 30 təyyarəsi
Rusiyanın Ermənistana verdiyi Su - 30 təyyarəsi

Moskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyub

Ermənistanda Qarabağ danışıqlarını bəzi beynəlxalq qurumları yol vermək üçün apardıqlarını açıq etiraf etməyə başlayıblar.

İstiPress-in məlumatına görə, adətən erməni siyasətçilər bu barədə söhbətdən yayınsalar da politoloq Levon Şirinyan “1in.am”a müsahibəsində  bunu açıq etiraf etməyə qərar verib.

“Bu məsələ (Qaprabağ münaqişəsi - red.) müharibə ilə həll ediləcək. Proses bizim müdafiəmizin möhkəmləndirilməsi istiqamətində getməlidir. Siz harda görmüusünüz ki, kimsə danışıqlarala torpaq verib, ya qaytarıb, yat tutub, ya da öz mövqelərini möhkəmləndirib? Belə bir şey yoxdur, sadəcə baş tovlama gedir”,- deyə Şirinyan bildirib.

O, Azərbaycanın sülhə məcbur edilməsi üçün Kürlə Arazın arasındakı ərazilərin tutulmasının vacib olduğunu da iddia edib. Bu məsələ hələ 1988-ci ilin sonlarında - Ermənistandan ilk azərbaycanlı qaçqınlar gələndə Azərbaycanda xidmət edən rus zabitlər tərəfindən də vurğulanırdı. Məsələn, SSRİ Müdafiə Sənayesi Nazirliyinin Gəncədəki müəssisələrindən birində nazirliyini nümayəndəsi olan polkosnik İvanov artıq 1987-ci ildən Moskvanın ermənilər üçün 80 minlik mobil ordu düzəltdiyini vurğulayırdı. Onun sözlərinə görə, SSRİ-ni yenidən formatlaşdırmaq istəyən Qorbaçov və ətrafı Azərbaycanın bu işə mane olacağından narahat idilər: “Mərkəz istəmir ki, Rusiyanın nefti satılsın və Tacikistanda, Özbəkistanda çox uşaqlı ailələrin saxlanılmasına xərclənsin. Respublikalar ayrılmalıdır, hər birinin öz büdcəsi, özünə uyğun uşaq pulu və maaş səviyyəsi olmaldır, yəni hər bir respublika özü özünü dolandırmalıdır. SSRİ dağıdılacaq və respublikalar yenidən Avropa Birliyi kimi bir quruma yığılacaq. Amma bu işdə Azərbaycan mane ola bilər. Zəngin resursları olan bu ölkə qərbə inteqrasiya edə bilər. Ona görə 80 minlik erməni ordusunun qarşısına məqsəd kimi Kürlə Arazın arasını işğal etmək qoyulub”, - deyə İvanov 1989-cu ilin aprelində kluar söhbətində bildirmişdi. O düşünürdü ki, ermənilər bunu asanlıqla edəcək, çünki regionda yaşayan azərbaycanlılardan bütün silahları yığmışdılar. 

O vaxt bu sözlər fantastika kimi görünsə də bir-iki il içində proseslər başladı. Amma Azərbaycanın müqavimət göstərməsi itkiləri xeyli azaltdı - cəmin 14% ərazi ermənilərin nəzarətinə keçdi. İvanov Azərbaycanın həmin əraziləri geri qaytarmasının uzun çəkəcəyini də vurğulayırdı: “Azərbaycan neft satmalı, neft dollarları əldə edib ordu qurmalıdır. Amma ordunu qurandan sonra da ermənilərin beynəlxalq havadarları tapılacaq - hər halda, özlərini ilk xristian dövlət, soyqırım görmüş məzlum xristianlar kimi tanıdıblar”.

Aprel döyüşlərinin ssenarisi
Aprel döyüşlərinin ssenarisi

Praktika göstərir ki, ermənilərin birinci beynəlxalq havadarı elə Rusiyadır və zaman-zaman Ermənistandan demək olar ki, havayı təchiz etdiyi ordusundan öz məqsədləri üçnü istifadə etməyə çalışır. 2016-cı ilin aprelində də elə olmuşdu - Ermənistan ordusu onlarla tankı ilə hücum edərək Mingəçevirə çıxmalı, Bakı-Tiflis-Ceyhan neft kəmərini nəzarətə götürməli idi. Bu, Kremlin qərbə təsiriu üçün vacib idi.  Azərbaycan əraziyə peyk vasitəsi ilə nəzarət etdiyindən hücumun qarşısı alındı və Ermənistanın 30-a yaxın tankı vuruldu. Serj Sarkisyan tapşırığı yerinə yetirə bilmədiyindən, təbii ki, Rusiyanın birbaşa iştirakı ilə hakitmiyyətdən getdi. Erməni jurnalist Tevos Arşakyanın “ArmenianReport”da yazdığına görə, inqilab günlərində Rusiyanın əleyhinə danışan Nikol Paşiyan indi sələfindən daha artıq ruspərəst mövqe tutur.             

Cavaxetiya bölgəsinə daxil olan rayonlar
Cavaxetiya bölgəsinə daxil olan rayonlar

Görünür, Rusiya Paşinyanın qarşısına da müəyyən hədəflər qoyub və Ermənistana 4 ədəd Su-30 təyyarəsinin kreditə verilməsi də bununla bağlı ola bilər. Erməni jurnalist Mamikon Babayanın “Vestnik Kavkaza” portalında yazdığı məqaləsində həmin hədəflərin daha çox Gürcüstanla bağlı olduğuna işarə vurur. Yəni Gürcüstanın Cavaxetiya bölgəsində, həmçinin işğal altında olan Abxaziyada ermənilər arasında seperatçılıq hərəkatı başalya bilər və bu, Ermənistanın Rusiya dəstəyindən yararlanaraq Cavaxetiyaua hərbi müdaxidlə etməsi ilə nəticələnə bilər.