Turan coğrafiyası İlham Əliyevi təbrik edir

12 Aprel, 2018 17:52 | Siyasət | Baxış sayı: 110
Seçki
Seçki

Ötən gün yenidən səsçoxluğu ilə prezident seçilən İlham Əliyevin ünvanına təbriklər gəlməyə davam edir. Prezident seçkisi nəticəsində 86 faiz səs toplayaraq dövlət başçısı postuna seçilən İ.Əliyevi bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təbrik edib və qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.  

Həmçinin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

İ.Əliyevi bu gün həm də Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Petro Poroşenko və başqaları da təbrik edib.  Təbrik ünvanlayanlar arasında İslam Respublikasının prezidenti Həsən Ruhani də var.

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevə zəng edərək onu qələbə münasibəti ilə təbrik edib.