Ruslar da ermənilərə iş vermir

12 Aprel, 2018 13:20 | Siyasət | Baxış sayı: 109
Erməni miqrantlar (arxiv)
Erməni miqrantlar (arxiv)

Ermənilər özlərini yəhudilərlə müqayisə ediblər

Rusiyada yaşayan ermənilər yəhudilərlə müqayisədə iş tapmaqda daha çox çətinlik çəkirlər. Bu barədə “panarmeniya” portalı yazıb.

İstənilən şəhərdə və ölkədə işverən qabiliyyətli, ağıllı, bacarıqlı insanları işə götürmək istəyir. Milliyətin heç bir önəmi yoxdur.

Erməni mətbuatı hətta hansısa araşdımadan da sitat gətirir. Belə çıxır ki, müsahibə mərhələsində iş verən 39 faiz hallarda yəhudiləri, 28 faiz halda isə erməniləri seçir. Bu rəqəm isə azərbaycanlılardan da azdır. 

Bu iki millət arasında fərq də az deyil. Yəhudilər Rusiyanı tərk etməyə çalışır, öz tarixi vətənlərinə dnməyə can atırlar, ermənilər isə öz vətənlərindən hər yolla qaçmağa, canlarını xilas etməyə. Bunun səbəbi də çoxdur. Amma əsas məsələlərdən biri İrəvanın Dağlıq Qarabağda çıxardığı müharibədir. Nəticədə Ermənistan blokadaya düşüb, ən əsası isə öz gənclərini itirir.

Rusiya şəhərlərində ermənilərin sayı son illərdə sürətlə artıb. Görünür onların Rusiyada həddindən çox olduğunu deyən ekspertlər də haqlıdırlar. Bu hətta rusları da qıcıqlandırır.