Qarabağ müharibəsinə görə dizinə döyən ermənilər

12 Aprel, 2018 19:34 | Siyasət | Baxış sayı: 978
Ermənistanda Qarabağ klanını hakimiyyətdən yıxmaq üçün başlamış oturaq aksiya
Ermənistanda Qarabağ klanını hakimiyyətdən yıxmaq üçün başlamış oturaq aksiya

Erməni müəllifin etirafları

Qarabağ müharibəsi nəticəsində baş vermiş iqtisadi təcrid Ermənistanı məcburi sənayesizləşmiş ölkəyə çevirib.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanı “Vestnik Kavkaza” portalında erməni müəllif Mamikon Babayan tərəfindən yazılmış “Qarabağ dərsləri: Ermənistan qazandığından çox itirdi” məqaləsində bildirilir.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dərc etdiyi göstəricilərə əsaslanan müəllif bildirir ki, Qarabağ müharibəsindən sonra sənayedə çalışanların sayı 458 min nəfərdən 180 min nəfərə düşdü, yəni 2,5 dəfə azalma oldu. Kənd təsərrüfatında işləyənlərin sayı isə 389 mindən 567 minə qalxdı, yəni 1,5 dəfə artdı.

Ermənistan dəmir yolları Qarabağ müharibəsinə görə dayanıb və regional layihələrdən tədric olunub
Ermənistan dəmir yolları Qarabağ müharibəsinə görə dayanıb və regional layihələrdən tədric olunub

Əslində, bu, Qarabağ müharibəsi nəticəsində Ermənistanın şəhərlərində müvəqqəti qeydiyyatda olan gənclərin yenidən kənd qeydiyyatına düşməsi göstəricisidir. Təbii ki, həmin gənclər kəndlərdə də qalmadılar və məcburi Rusiyaya üz tutdular.

Erməni KİV-lərinin yazdığına görə, əhalisi yoxa çıxmış kəndlər bir-birinin ardınca xarabazara çevrilməkdədir - müstəqillikdən sonra 100 kənd tamamilə ləğv edilib, 300-ə yaxın kənddə isə 1-2 ailə qalıb. Boşalan kəndlər daha çox Gürcüstan - Ermənistan sərhəddində yerləşir, Azərbaycanla sərhəd kəndlərdə isə məcburi hərbçi ailələri yaşayır.

Ermənistanın xarici borcunun sürətlə artaraq ümumi daxili məhsula (ÜDM) yaxınlaşmasının təhlükəsindən yazan müəllif bunun Qarabağın işğal edilmiş ərazilərini əldə saxlamaq üçün silahlanma ilə bağlı olduğunu bildirir:

“Bu, insanların həyatına və respublikanın siyasi elitasının ritorikasına təsir edir.  Xalq daimi gərginlikdə yaşayır, mühribənin kəskinləşməsindən qorxur ki, bu da mühacirət üçün səbəb olur”.