Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi

12 Mart, 2020 14:51 | Siyasət | Baxış sayı: 117
Vilayət Eyvazov
Vilayət Eyvazov

Daxili İşlər naziri əmr imzalayıb

Daxili İşlər Nazirliyində yeni kadr təyinat olub.

İstiPress-in məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Surxay Cəfərov Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.