Prezident keçmiş deputatı səfir göndərdi

12 Mart, 2020 13:39 | Siyasət | Baxış sayı: 142
Elmira Axundova
Elmira Axundova

Elmira Axundova Azər Xuduyevi əvəz edəcək

Azərbaycan prezidenti İlham Əliyev bu gün Ukraynaya yeni səfir təyin edib. Bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sərəncamda deyilir: 

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İkinci bir sərəncamla Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.