Berdiməhəmmədov ölkəsinə qayıtdı

12 Mart, 2020 08:23 | Siyasət | Baxış sayı: 20
Qurbanqulu Berdiməhəmmədov Bakıda
Qurbanqulu Berdiməhəmmədov Bakıda

Türkmənistan prezidentinin səfəri bitdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Ötən gün axşam saatlarında hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Xatırladaq ki,prezidentin səfəri ötən gün başlamışdı. O Azərbaycanda həmkarı İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlər keçirib. Bundan başq aiki ölkə lideri sənədlərin imzalanma mərasimində iştirak edib, mətbuata bəyanatla çıxış ediblər. 

Daha sonra Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.