ABŞ Avropadan uçuşları qadağan etdi - 30 günlük

12 Mart, 2020 09:35 | Siyasət | Baxış sayı: 34
Təyyarə reysi
Təyyarə reysi

Tramp xəstəliyin ölkəsində yayılmasının qarşısını belə alacaq

Prezident Donald Tramp martın 13-dən etibarən 30 gün müddətinə ABŞ-a Avropadan gələnlər üçün girişi qadağan edəcəyini elan edib. İstisnalar yalnız Britaniyaya və "lazımi yoxlamaları" keçən amerikalılara aiddir.

"Ölkəmizə yoluxmuş yeni şəxslərin daxil olmasının qarşısını almaq üçün Avropadan ABŞ-a 30 gün müddətinə bütün səfərləri dayandırırıq. Yeni qaydalar cümə gününün (13 mart) gecə yarısı qüvvəyə minəcək".

Böyük miqyaslı mal və yük daşımalarına (ABŞ-a daxil olan) qadağalar şamil edilməyəcək.

ABŞ Prezidenti Avropa İttifaqını yayılan virusa kifayət qədər önəm verməməkdə ittiham edib. Xatırladaq ki, Çindən sonra virusun ən geniş yayıldığı ölkə İtaliyadır. Burada ölənlərin sayı yüzlərlədir.