Mehriban Əliyeva Sarkozi ilə görüşdü

12 Mart, 2019 18:31 | Siyasət | Baxış sayı: 89
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti

ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub

Birinci vitse-prezident Mehriban Əliyeva martın 12-də Parisdə Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

IstiPress-in məlumatına görə, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.