Azərbaycanın reaktiv artilleriya divizionları atəş mövqeyinə çıxdı

12 Mart, 2019 16:39 | Siyasət | Baxış sayı: 131

Düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşı

Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin niyyətinə uyğun olaraq, ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.