Kimin arzusu harada reallaşa bilər?

12 Mart, 2018 09:30 | Siyasət | Baxış sayı: 110
Kim Çen In - Şimali Koreya lideri
Kim Çen In - Şimali Koreya lideri

ABŞ və Şimali Koreya prezidentlərinin görüşə biləcəyi yer açıqlandı

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü Vaşinqtonda baş tuta bilər. İstiPress-in məlumatına görə, bunu Ağ evin mətbuat xidmətinin əməkdaşı Raç Şah deyib.

"Hələlik heç nə bəlli deyil. Nə vaxt, nə də yer. Heç nə istisna deyil", deyə o ABC telekanalına aaçıqlamasında deyib. Trampın Şimali Koreyaya səfəri barədə sualına cavabında isə o, bunun mümkün olduğunu düşünmədiyini deyib. "Amma yenə deyirəm ki, heç nə istisna deyil". 

Xatırladaq ki, ötən həftə D.Tramp Şimali Koreya liderinin görüş təklifini qəbul edib. Görüş may ayına kimi baş tutmalıdır.

Şimali  Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. "RİA Novosti"nin yaydığı məlumata görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib. 

ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In  Cənubi Koreyanın  nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.