Hamının oğurladığı ölkə

12 Mart, 2018 11:15 | Siyasət | Baxış sayı: 195
Rüşvət alıb-verərkən
Rüşvət alıb-verərkən

ABŞ Ermənistanı "yıxıb-sürüdü"

Ermənistanda hamı oğurlayır. Siyasətçisindən tutmuş, iş adamına kimi... Belə qənaətə ABŞ səfiri Riçard Millsin müsahibəsindən sonra gəlmək olar. O, İrəvan nəşrlərindən birinə açıqlama verib.

Səfirin sözlərinə görə, korrupsiya o dərəcədə artıb ki, bazarlar bağlanır, qeyri-bərabər rəqabət formalaşır. Mills açıq-aşkar deyib ki, korrupsiyaya dəstəyi bir başa siyasi və iqtisadi əlaqələrindən öz məqsədləri üçün istifadə edən səlahiyyətli məmurlar veririlər.

Diplomatın sərt bəyanatına baxmayaraq erməni rəhbərliyi ona cavab vermə bilmir. Axı o, həm ABŞ, həm də Rusiyadan asılı vəziyyətdədir. Artıq bütün ölkə bilir ki, ölkə rəhbərliyi korrupsiya ilə mübarizə üçün heç bir addım atmır.

Hakimiyyəti bu müsahibədən sonra sadəcə əlatısı olan KİV-lərlə sovetsayağı cavab vermək taktikasını seçir  - "Amerikada zənciləri asırlar".