Azərbaycan Ordusu həyəcan siqnalı ilə qaldırıldı FOTO, VİDEO

12 Mart, 2018 13:18 | Siyasət | Baxış sayı: 914
Azərbaycan Ordusu
Azərbaycan Ordusu

Döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumta görə, qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

Azərbaycana məxsus hərbi texnika
Azərbaycana məxsus hərbi texnika

Saat 11:05

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, təlimlər  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Genişmiqyaslı təlimlər müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə  başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.