Azərbaycan hərbi texnikasını daimi dislokasiya yerlərindən çıxarır VİDEO, FOTO

12 Mart, 2018 15:06 | Siyasət | Baxış sayı: 524
Hərbi təyyarə
Hərbi təyyarə

Zirehli texnika, aviasiya, raket və artilleriya qurğularının yerdəyişməsi həyata keçirilir

Bu gün başlayan genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, təlim müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilir. 

Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

Xatırladaq ki, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edib.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.