Azərbaycan ermənilərin yuxusunu ərşə çəkdi

12 Mart, 2018 14:50 | Siyasət | Baxış sayı: 503
Azərbaycana məxsus hərbi texnika
Azərbaycana məxsus hərbi texnika

Müharibə qorxusu artdı

Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması bədnam qonşularımızı çox qorxudub. Ermənistanda artıq siyasətçilər, ekspertlər mümkün təxribartlar haqqında çıxışlara başlayıblar. Axı belə raketlər, artileriya, hərbi texnikanın qatıldığı genişmiqyaslı təlimlər bir müddətdir ki, olmurdu. Bu isə böyük narahatçılıq yaradıb. 

Erməni ekspertlərindən biri deyir ki, bu cür manevrlər ilk növbədə Azərbaycana Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsinin yoxlanması ilə bağlıdır. “Bu bir az qorxuludur. Axı Azərbaycan Ordusu bu gün döyüş vəziyyətindədir”.

İrəvanda hətta deyirlər ki, bu təlimlər birmənalı olaraq ABŞ kəşfiyyatının 2018-ci ildə Qarabağda mümkün genişmiqyaslı hərbi əməliyyat barədə proqnozu ilə də üst-üstə düşür. Ermənilər Azərbaycan Müdafiə Mazirliyinin təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirmək, genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarının yerinə yetiriləcəyi ilə bağlı açıqlamasından çox qorxuya düşüblər. 

Ermənistan XİN də hesab edir ki, bu təlimlər Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinin pozulmasıdır. Amma onların bu qorxusunun izahı var - əsəbləri gərilib. Birdən...