Ötən ilin ən məşhur prezidentləri

12 Fevral, 2020 09:39 | Siyasət | Baxış sayı: 40
Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

Siyahıya Tramp və Putin başçılıq edir

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp 2019-cu ilin ən məşhur siyasətçiləri adlarını qoruyub saxlaya biliblər. Bunu beynəlxalq sosioloqların "Gallup"un sorğusu göstərib. Sorğunun nəticələrində qeyd edilir ki, hər iki liderin populyarlığı ən yüksəsk səviyyədədir. 

Bu nəticəyə 46 ölkədə aparılan sorğudan sonra gəlinib.

ABŞ prezidentinin ötən il məşhurluq indeksi 89 bənd üzrə müəyyən edilib. Putin də isə 84 bənd. 

İlk üçlüyü isə Almaniya kansleri Angela Merkel qapayır. Onu bu siyahıda Roma Papası, Fransa lideri Emanuel Makron, Hindistanaın baş naziri Narenda Modi, Braziliya prezidenti Jair Bolsonaru, İran lideri Həsən Ruhani izləyir.