Nigar Arpadarai istefa verir

12 Fevral, 2020 15:40 | Siyasət | Baxış sayı: 272
Nigar Arpadarai
Nigar Arpadarai

Özü məlumat verib

29 saylı Səbail seçki dairəsindən deputat seçillmiş Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

İstiPress-in məlumatına görə, bu barədə BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır. 29 saylı Səbail seçki dairəsində onun əsas rəqibi bloger Bəxtiyar Hacıyev olub.