MSK-nın qabağında aksiya edənlər döyülüb?

12 Fevral, 2020 10:00 | Siyasət | Baxış sayı: 58
Aksiya
Aksiya

DİN-dən rəsmi açıqlama

Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən qanunsuz aksiyada Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, polisin təşəbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.

Xatırladaq ki, ötən gün bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs aksiya keçirməyə cəhd edib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:

Polis əməkdaşları hadisə yerinə gələrək qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsələr də həmin şəxslər ictimai asayişin pozulmasına yönələn hərəkətlər etməyə cəhd ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. E.Zahidov qeyd edib ki, qanunsuz aksiyanın qarşısı alınan zaman heç kəs xəsarət almayıb.