İrəvanda yeni ajiotaj - ermənilər Qarsı və Naxçıvanı tutmaq istəyir

12 Fevral, 2020 16:20 | Siyasət | Baxış sayı: 1236

Ermənilər Suriyada Rusiya - Türkiyə qarşıdurmasına böyük ümid bağlayırlar

Bir sıra Rusiya KİV-lərində Rusiyanın ORSİS ("Promtexnoloqiya") silah şirkətinin yenidən Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verməsi barədə serial materiallar dərc olunmağa başlayıb.

İstiPress-in məlumatına görə, “Rosbalt”, “Sputnik” və s. kimi Rusiya hakimiyyətinə yaxın KİV-lərin yenə də təfərrüatlı şəkildə Paşinyan hakimiyyətinin Ermənistan Müdafiə Nazirliyinin tenderini udmuş Rusiya şirkətindən silah almaqdan imtina etməsi barədə məqalələr dərc ediblər. 

ORSİS-in snayper silahı
ORSİS-in snayper silahı

Paşinyan hakimiyyəti ilə Rusiya şirkəti arasında bu problem hələ ötən ilin yayından başlayıb - Ermənistan Müdafiə Nazirliyi daha öncə, yəni qurumun əvvəlki rəhbərlərinin dövründə tenderi udmuş Rusiya şirkətindən silah almaqdan imtina edib. Səbəb kimi isə tenderdə bəyənilmiş snayper silahının müharibə üçün yararlı olmadığını, əslində ov üçün nəzərdə tutulduğu göstərilirdi.

O vaxt Ermənistanın rusiyapərəst dairələri Nikol Paşiyanı bu qərarına görə sərt tənqid edir, xüsusilə də Suriyada sınaqdan çıxmaş bu silahı almamağı milli xəyanətə bərabər tuturdular. Onlar iddia edirdirlər ki, Nikol Paşiyan 2018-ci ilin oktaybrında İrəvana səfər etmiş ABŞ diplomatı Ceyms Boltonun Rusiyadan silah almamaqla bağlı göstərişinə əməl edir, bu isə Ermənistan - Rusiya münasibətlərini kəskin pisləşdirə bilər və s.

Ceyms Bolton və Nikol Paşinyan - İrəvan, 25 oktyabr 2018-ci il
Ceyms Bolton və Nikol Paşinyan - İrəvan, 25 oktyabr 2018-ci il

Məsələ bundadır ki, Ermənistanda hərb, siyasət və diplomatiya sahəsində az-çox nüfuza sahib insanlar Rusiya ilə münasibətlərə xüsusi önəm verir, Rusiyanın əleyhinə olan siyasətçilərə qarşı açıq düşmənçilik edirlər. Narıncı inqilab günlərində də məhz Nikol Paşiyana dəstək vermək üçün ondan Rusiyaya sədaqət tələb etmişdilər. Keçən ilin yayında da Nikol Paşinyana sərt təzyiqlər edildi və o, Rusiyadan külli-miqdarda silah alacaqları barədə bəyanatlar verdi.

Ermənilər Rusiyaya böyük ümidlər bəsləyirlər - onların fikrincə, dünyanın ikinci supergücü olan Rusiya ermənilərin Türkiyədən və Azərbaycandan xeyli ərazilər ələ keçirməsinə dəstək verməlidir. Bu baxımdan son günlərdə Suriyada Rusiya və Türkiyə arasında gərginləşən münasibətələrə böyük ümid bağlayırlar. Məsələn, Ermənistanda hətta qərbyönümlü analitik sayılan Naira Ayrumyan bu gün “Lragir”də yazdığı məqaləsində bu gərginliyin hesabına Qars müqaviləsniin ləğvi - Ermənistanın Naxçıvanı və Qərbi Ermənistan adlandırdıqları Qarsı ələ keçirmək imkanlarından danışıb.

Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanesyanın da son günlər fəallaşması da bununla bağlı ola bilər. Hər halda, onun Rusiya tərəfindən Paşiyana altenativ kimi görülməsi ehtimal edilir.