Ermənilər pulsuz qaldılar

12 Fevral, 2020 11:21 | Siyasət | Baxış sayı: 74
Yoxsul Ermənistan
Yoxsul Ermənistan

Nazirliklər də maaş verə bilmir

Ermənistanda bəzi nazirliklərin işçiləri pulsuz qalıblar. Belə ki, dövlət qulluqçuları yanvar ayı üçün maaaşlarını ala bilmirlər. Bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr məsəsləni aydınlaşdırmaq üçün nazirliklərə müraciət edib. Ancaq dövlət qurumları məlumatı şərh etməkdən imtina ediblər. Bircə bildiriblər ki, nə vaxtsa işçilər əmək haqqlarını alacaqlar. Amma nə vaxt bilinmir. 

Görünür ki, ölkənin maliyyə vəziyyəti başa nazir Nikol Paşinyanın danışdığı kimi o qədərdə ürəkaçan deyil.