Ərdoğan od püskürdü - savaş elanı

12 Fevral, 2020 13:06 | Siyasət | Baxış sayı: 211
Türk hərbçilər NATO təlimində
Türk hərbçilər NATO təlimində

"Onları hər yerdə vuracağımızı elan edirəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində türk hərbçilərə qarşı olan hücumdan sonra od püskürüb. Hakim partiyanın toplantısında çıxış edən prezident suriyalı həmkarı Bəşər Əsədi təhdid edib.

"Bu gündən etibarən hərbçilərimizə qarşı hər hansı hücum olarsa Soçi razılaşmasından kənarda da rejimi hər yerdə vuracağımızı elan edirəm".

Prezident bildirib ki, Əsəd rejiminin açdığı atəş nəticəsində Suriyada ölən türkiyəli hərbçi sayı 14-ə çatıb. Yaralılar isə 45 nəfərdir. 

"Hər kəs gözlərini bağlasa, vicdanını dondursada, Türkiyə bu halın qarşısında ancaq izləyici olmayacaq. İdlibdə qətliamlar törədirlər. İnsan haqllarından bəhs edənlər isə bütün bu hücumları səssiz izləyirlər.

Fevralın sonuna kimi rejimi Soçu razılaşması sərhədlərinin xaricinə çıxartmaqda qərarlıyıq. Bu üçün havadan, qurudan nə gərəkirsə edəcəyik. Türkiyəni hədəf alan hər kəs bunun əvəzini sadəcə hücum meydanında yox, hər yerdə ödəyəcək.  Mehmetciklərin qanının töküldüyü yerdə heç kəs təhklükəsizlikdə ola bilməyəcək. Suriya təhlükəsizlikdə olmalıdır ki, bizdə öz evimizdə rahat olaq".