Bakıda 108 üçəm, 8 dördəm doğuldu - 1 ildə

12 Fevral, 2020 12:15 | Siyasət | Baxış sayı: 30
Üçəmlər - ARXİV
Üçəmlər - ARXİV

Əhalinin sayı 10 067 108 nəfərə çatıb

Ötən il ölkə əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 067 108 nəfərə çatıb.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ötən il ölkədə 108 üçəm, 8 dördəm doğulub.  2019-cu ildə 141179 doğulan körpə qeydə alınıb. Körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Ötən il ölkədə 55916 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.