Rusiyada azərbaycanlı oliqarx həbs olundu

12 Fevral, 2019 15:39 | Siyasət | Baxış sayı: 180
Söyün Sadıqov
Söyün Sadıqov

Söyün Sadıqov 2012 -2018-ci illər Putinin etibarlı nümayəndəsi olub

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

İstiPress “report”un Moskva bürosunun əldə etdiyi məlumata istinadən bildirir ki, S.Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.