Prezident Mərkəzə icraçı direktor təyin etdi

12 Fevral, 2019 17:25 | Siyasət | Baxış sayı: 138
Rəvan Həsənov
Rəvan Həsənov

İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.