Ermənistanda əsgər zabiti güllələyərək öldürüb

12 Fevral, 2019 15:54 | Siyasət | Baxış sayı: 79
Ermənistan İstintaq Komitəsi
Ermənistan İstintaq Komitəsi

Hadisə döyüş postlarının birində baş verib

Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

İstiPress-in məlumatına görə, bu barədə "Azadlıq" radiosunu erməni redaksiyası məlumat verib. Radio bildirib ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. 

Məlumata görə, fevralın 11-də saat 17:00 radələrində döyüş postlarının  həqiqi hərbi xidmət çağırışçısı sıravi A.K. tabeliyində olan silahla baş leytenant Mesrop Rubikoviç Qriqoryana öldürmək məqsədi ilə atəş açıb. 

Nəticədə Silahlı Qüvvələrin baş leytenantı, 1985-ci ilin oktyabrın 18-də anadan olmuş M.Qriqoryan hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlayıb. Sıravi A.K. saxlanılıb. İstintaq davam edir.