Ermənistan ordusu daha bir əsgər itirdi

12 Fevral, 2019 11:57 | Siyasət | Baxış sayı: 73
Cəbhədə ölmüş erməni əsgərinin əşyaları
Cəbhədə ölmüş erməni əsgərinin əşyaları

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi etiraf edib

Ermənistanın hərbi hissələrindən birində müqavilə ilə xidmət edən əsgər öldürülüb.

İstiPress "1in.am”a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.

Hovhannisyanın sözlərinə görə, 1985-ci il 18 iyul təvəllüdlü əsgər Mesrop Rubikoviç Qriqoryan Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində güllə yarasından ölüb.

Hovhannisyan əlavə edib ki, müqaviləli hərbçinin ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.