Erməni əsgərlər Qarabağda yaralandılar və öldülər - İrəvan gizlətdi

12 Fevral, 2019 13:54 | Siyasət | Baxış sayı: 148
Erməni əsgər yaralanıb (arxiv foto)
Erməni əsgər yaralanıb (arxiv foto)

Müdafiə Nazirliyi xəbəri etiraf etməyə məcbur oldu

Ermənistan İstintaq Komitəsi bu gün məlumat yayıb ki, Yeni il gecəsi işğal altında olan Dağlıq Qarabağda daha bir neçə erməni əsgəri yaralanıb.

İstiPress "news.am"a istinadən bildirir ki, məlumatda deyilir: 

“Qumbara ilə davranarkən təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində Qarabağdakı mövqelərdən birində müddətli hərbi xidmət qulluqçularından bir neçəsi yaralanıblar. Hadisə dekabrın 31-də saat 03:30-da baş verib. Hadisə nəticəsində C.Torosyan, M,Manukyan və A.Marabyan xəsarət alıblar və hərbi hospitala çatdırılıblar”.

Bu, Ermənistanda hərbçilərin ölümü və yaralanması barədə  xəbərini gizlədildiyin ortaya çıxardı. Müdafiə Nazirliyi bu gün həm də müqavilə üzrə hərbi xidmətdə olan Edqar Qriqoryanın Yeni il gecəsi həlak olması barədə xəbəri etiraf etməyə məcbur oldu.