Bu ölkənin adının dəyişdirilməsi təklif edilir

12 Fevral, 2019 18:03 | Siyasət | Baxış sayı: 162
Manila - Filippinin paytaxtı
Manila - Filippinin paytaxtı

Ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyirlər

Qalmaqallı açıqlamaları ilə tanınan Filippin prezidenti Rodriqo Duterte ölkənin adını “Maharlika Respublikası” kimi dəyişdirməyi təklif edib.

İstiPress-in məlumatına görə, o, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Duterte bu bəyanatla Maqindanao vilayətində çıxış edib: “Ölkəyə Filippin adını axmaq Maqellan verib. Mən diktator Markosun təklif etdiyi “Maharlika Respublikası” adını bəyənirəm”.

Qeyd edək ki, müasir Filippin dilində maharlika sözü “kral nəcibliyi” mənasını daşıyır.