Saakaşvili: "Nənəm Stalini xilas edib"

12 Fevral, 2018 14:05 | Siyasət | Baxış sayı: 82
Mixail Saakaşvili
Mixail Saakaşvili

Keçmiş prezident ulu nənəsinin xatirəsindən danışdı

"Mənim ulu nənəm Tamara Stalini çar jandarmaların əlindən necə xilas etdiyini danışardı". İstiPress-in məlumatına görə, bunu Gürcüstanın keçmiş prezidenti, Odessanın eks qubernatoru olan Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, nənəsi Stalini əlindən tutaraq zəngin sənayeçi olan atasının evindən çıxarıb. Bu barədə Saakaşvili öz "Facebook" səhifəsində yazıb. 

Bu yaxşılığına görə, Stalin sonradan onu "mükafatlandırıb". "Əmlkı müsadirə edilib, atası və qardaşı öldürülüb". 

Bu tarixçəni o "Stalinin ölümü" filminə baxdıqdan sonra paylaşıb. Film Saakşavilinin çox xoşuna gəlib.