Rusiya ermənilərin hərbi aerodromunu "məhv etdi"

12 Fevral, 2018 09:30 | Siyasət | Baxış sayı: 442
Rusiyaya məxsus qırıcı
Rusiyaya məxsus qırıcı

Rusiya qırıcılarını havaya qaldırıb

Rusiya Ermənistandakı hərbi aerodromu "məhv etdi". İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, "Erebuni" aviabazasının "MiQ-29" qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimləri keçirilib. Təlim zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər. 

Rysiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bu barədə məlumat verib. 

Təlimlər günün işıqlı və qaranlıq vaxtlarında keçirilir. Xidmət rəisinin sözlərinə görə, dağlıqlıq ərazi, mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərdən şərti düşmənə zərbələr endiriblər, uçuş-eniş zolağı məhv edilib. 

Təlimlər zamanı "MiQ-29" və "Mi-24P", "Mi-8MT" heyəti  20-dən artıq uçuş həyata keçirib.