İrəvandan Tehran uydurması

12 Fevral, 2018 11:30 | Siyasət | Baxış sayı: 127
İrəvanda kommersiya bankı - ARXA FON
İrəvanda kommersiya bankı - ARXA FON

"İt hürər, karvan keçər"

"İran lazım olan anda terrorçulara Azərbaycan tərəfidən edilən maliyyə və iqtisadi kömək barədə məlumat dərc etməyə hazırdır". Bunu erməni politoloq Sergey Şakalyans deyib. O, bu “bəyanatı”nın nəyə əsaslandığı, İranın hansı məlumatı, nə zaman dərc edəcəyi kimi suallara isə təbii ki, cavab verməyib.

Bu gün İrəvanda hər iki nəfərdən biri politoloqdur. Birincisi, bu insanların fikrini sosial problemlərdən yayırdırmaq, ikincisi isə Azərbaycan haqqında istənilən informasiyanın yayılması cəhətdən sərf edir.

İndi də İrəvan rəhbərliyi Azərbaycanla İranın arasını vurmaq üçün bütün yollara əl atır.  Şakalyans hətta ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin belə bilmədiyi sirlərdən də danışır. Sən demə, Azərbaycanla ABŞ arasında razılaşama var. Buna uyğun olaraq Amerika təyyarələri yoxlanmır və onlar istənilən yükü, o cümlədən silah daşıya bilərlər. Bu isə guya İrana qarşıdır. Ermənilərin bütün bu gülünc uydurması İran prezidentinin Azərbaycana səfəri ərəfəsində dərc edilib.

Ruhanin səfəri axı Bakı ilə Tehran arasında əlaqələrin daha da sıxlaşması və inkişafından xəbər verir. Bu da təbii ki, erməniləri özündən çıxarır. Amma bir şeyi anlamalıdırlar - "İt hürər, karvan keçər”.