Baş nazirin müavini işini dondurdu

12 Fevral, 2018 11:55 | Siyasət | Baxış sayı: 241
Əli Əhmədov- Baş nazirin müavini
Əli Əhmədov- Baş nazirin müavini

Əli Əhmədov dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb

Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu. Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.

Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.