"Paşinyan Qarabağda status-kvonu saxlamağa çalışır"

12 Yanvar, 2019 10:33 | Siyasət | Baxış sayı: 97
Tomas de Vaal - britaniyalı jurnalist
Tomas de Vaal - britaniyalı jurnalist

Britaniyalı ekspert Qarabağdan danışdı

“Paşinyan Dağlıq Qarabağda status-kvonu qoruyub saxlamağa çalışır". bunu britaniyalı politoloq, Şərqi Avropa və Qafqaz regionu məsələləri üzrə mütəxəssis Tomas de Vaal “Caucasus Watch” nəşrinə müsahibəsində deyib. 

"Azərbaycan indiki status-kvonun saxlanmasının tərəfdarı deyil. Amma təəssüf ki, mənim fikrimcə, Ermənistanın yeni rəhbərliyi bunu istəyir”.

Tomas de Vall bildirib ki, bu münaqişənin nizamlanması üçün çox zəif beynəlxalq mexanizm mövcuddur.

"Sizin fikrinizcə, Paşinyan hökuməti sistemdə islhatlar apara bilər? " sualına cavabaında isə ekspert bildirib ki, baş nazirin fəaliyyəti ilə bağlı suallar çoxdur. "O, inqilabçıdır, dövlət xadimi yox. Yeni hökumət institutlarının yaradılmasında maraqlıdırmı? Yoxsa, ancaq piar və inqilabi fəaliyyəti əsas olan "ikinci Saakaşvilidir"?hazırda bu suallaraın cavabı yoxdur.