Bu ölkənin adı dəyişir - qanun təsdiqləndi

12 Yanvar, 2019 12:20 | Siyasət | Baxış sayı: 136
Makdoniya
Makdoniya

İki ölkə arasında ad qalmaqalı 28 il davam edib

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib. Düzəlişlərə əsasən "Makedoniya" adının qarşısına "Şimali" sözü əlavə olunacaq. 

İclasda parlamentdə olan 120 deputatdan 81-i iştirak edib. Çünki ən böyük müxalifət partiyası olan VMRO-DPNE-nin millət vəkilləri iclası boykot ediblər. 

İclasdakı deputatların hamısı dəyişikliklərin lehinə səs veriblər. Qanun prezidentin də təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Xatırldaq ki, dünya bu dövləti Makedoniya respublikası olaraq tanıyıb. Ancaq Yunanıstan eyni adlı bölgəsi olduğu üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi. Bu problem iki ölkə arasında Makedoniya müstəqilliyini elan edəndən - 1991-ci ildən bu yana var idi.

Makedoniya ad probleminə görə Avropa Birliyi və NATO üzvlüyünü də təsdiqləyə bilmirdi. Hər iki qurum Makedoniyanın adını dəyişdirilməsini nəzərdə tutan düzəlişlərə dəstək verib.