Putin Ərdoğana zəng etdi - "Arxasında kimin olduğunu bilirik"

12 Yanvar, 2018 09:35 | Siyasət | Baxış sayı: 352
Vladimir Putin - telefonla danışır
Vladimir Putin - telefonla danışır

"Münasibətlərimizi pozmağa çalışırlar"

Rusiya prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu ba rədə o özü media nümayaəndələri ilə görüşündə açıqlama verib.

İstiPress-in məlumatına görə, iki prezident Suriyadakı vəziyyəti müzakirə ediblər. Əsas söhbət mövzusu isə yanvarın 6-da Rusiyanın Suriyadakı Tartus və Hmeynim bazalarında azı 13 pilotsuz uçan aparata hücum cəhdi olub. 

Putin bu təxribatçının kim olduğunu bildiklərini, hücumun arxasındakının Türkiyə olmadığını qeyd edib. "Türkiyə hökuməti, ordusunun bu hadisə ilə əlaqəsi olmadığına əminik. İHA-lara hücum cəhdinin Türkiyə də daxil omaqla tərəfdaşlarımızla münasibətlərimizi pozmağa yönəldiyi bəllidir". Putin bu insidentin dəqiqiliklə planlaşdırıldığını deyib. 

Danışıqlar zamanı həmçinin Akkuyu nüvə reaktoru, "Türk axını" layihəsi, eləcədə enerji sahəsindəki başqa planlarla bağlı məsəslələr müzakirə edilib.