Prezident Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

12 Yanvar, 2018 08:55 | Siyasət | Baxış sayı: 74
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiqləyib. Dövlət başçısı bu barədə sərəncam imzalayıb. 

Sərəncamda Nazirlər Kabinetinə təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək, normativ hüquqi aktların qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, dövlət başçısna bu barədə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edəcək. Bu barədə məlumat Nazirlər Kabinetinə təqdim edilməlidir.