Prezident miqrantları elə söydüki...

12 Yanvar, 2018 10:11 | Siyasət | Baxış sayı: 166
Donald Tramp
Donald Tramp

"Onlar bizim nəyimizə lazımdır axı? "

Qalmaqallı çıxışları, miqrantlara olan nifrəti ilə seçilən ABŞ prezidenti Donald Tramp yenə özünü biabır edib. İstiPress-in məlumatına görə, Tramp bu dəfə də miqrantlar haqqında danışarkən təhqirə yol verməkdən özünü saxlaya bilməyib.

Bu dəfə o, Haiti, Salvador və Afrikadan olan miqrantları "bataqlıqdan çıxanlar" adlandırıb. "Bu bataqlıqlardan olan miqrantlar Amerikanın nəyinə lazımdır axı?". Tramp ölkəsinə  noverçliləri cəlb etməyin yollarını axtaramağı təklif edib. 

"Washington Post"un yaydığı xəbərlə bağlı Ağ ev hər hansı təkzib verməyib. Rəsmi Vaşinqtonun sözcülərindən biri Raj Şah öz açıqlamasında prezidentə haqq qazandırmağa çalışıb. "Vaşinqtondakı bəzi siyasətçilər başqa ölkələr üçün mübarizə yolu seçə bilərlər, amma prezident hər zaman Amerika xalqı üçün savaşacaq. O, ölkəmizə dəstək verə biləcək, topluma yararlı insanları qəbul etməklə bağlı qalıcı həll yolları axtarır". 

Xatırladaq ki, bu Trampın miqrantlarla bağlı ilk çıxışı deyil. Onun siyasətinin əsas istiqamətlərindən biri məhz ABŞ-ın miqrant qəbulu ilə mübarizədir. Bundan öncə o, miqrantları "pislərin pisi" adlandırıb,  haitililərin hamısının QİÇS-li olduğunu demişdi. 

Prezident ABŞ-da yaşamaq hüquq verən "Green cart"ı ləğv etməklə bağlı da dəfələrlə çıxışlar edib. "Elə hesab edirsiniz ki, başqa ölkə sizə yaxşı adamları verir? Yox. Onlar bizə ən pis adamlarını verirlər, onları "zibil" kimi atırlar".