Onkoloji xəstəliyə görə İsrailə gedən deputatdan xəbər var

12 Yanvar, 2018 11:45 | Siyasət | Baxış sayı: 484
Əməliyyat
Əməliyyat

Qohumları deputatın xəstəxananaı tərk etdiyini bildiriblər

Bakıda onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunduqdan sonra müalicəsinin davamı üçün İsrailə aparılan deputat xəstəxanadan çıxıb.

İstiPress-in Şimal bürosuna bu barədə məlumatı deputat Yevda Abramovun Qubadakı  Qırmızı Qəsəbədə yaşayan yaxınları veriblər. 53 saylı Quba-Qusar DSK-dan Milli Məclisə deputat seçilmiş Y.Abramov hazırda övlarlarının evindədir. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Deputatın səhhəti normaldır, özünü yaxşı hiss edir. Onun nə zaman Azərbaycana qayıdacağı hələlik bəlli deyil. 

Xatırladaq ki, deputatın səhhətində problem ötən ilin sonlarında yaranıb. O, ilk olaraq Bakıda əməliyyat edilib. Lakin sonradan vəziyyəti pisləşdiyi üçün İsrailə aparılıb.