Jirinovski studiyanı bir-birinə qatdı: "Sizi güllələcəyik" VİDEO

12 Yanvar, 2018 13:22 | Siyasət | Baxış sayı: 372
Jirinovski
Jirinovski

Tok şounun canlı yayımında dava düşdü

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, prezidentliyə namizəd Vladimir Jirinovski yenə özündən çıxdı. Bu dəfəs o, “Rossia Today” telekanalının “60 dəqiqə” tok-şousunda canlı yayım zamanı özünü saxlaya bilməyib. Rus deputat ukraynalı politoloqa hücum çəkib.

Şounun qonaqları ABŞ-ın Ukraynana silah verməsi məsələsi müzakirə ediblər. Politoloq Vadim Tryuxan Jirinovskinin atmacalarına reaksiya vermək istəməyib, onun studiyada sirk düzəltdiyini deyib. Sonra o, siyasətçiyə ukraynalıları hədələməməyi əmr edib. Bu sözlər Jirinovskinin xoşuna gəlməyib. 

"Hədələyəcəm. Sizi güllələyəcəyik, əclaflar”, deyə o qışqırıb, ukraynalaı qonağın üzərinə yeriyib. Liberal-demokrat qışqıra-qışqıra deyib ki, Ukrayna Donbassda öldürülən hər adama görə cavab verməli olacaq, Jirinovski Tryuxinin studiyadan “rədd olub getməli olduğunu” deyib. 

Aparıcılar qalmaqallı rus siyasətçini iştirak edəcəyi seçkini xatırladaraq sakitləşdirməyə çalışıblar. Lakin əlini masaya çırpa-çırpa qışqıran Jirinovskinin gözü heç nəyi görməyib. O, Tryuxini studiyadan qovmağa başlayıb. 

Münaqişə müəyyən vaxtdan sonra sakitləşib, Tryuxin studiyanı tərk edib. Jirinovski yenə dilini sakit qoymnayıb: “Vağzala getmə, Tryuxin, səni orada həbs edəcəklər!”.

Adıçəkilən proqram 2016-cı il sentyabr ayından yayımlanır.