İlham Əliyev icra başçısına orden verdi

12 Yanvar, 2018 18:16 | Siyasət | Baxış sayı: 292
Prezident Administrasiyası
Prezident Administrasiyası

Azərbaycan prezidenti İlham Əliyev Əhəd Mikayıl oğlu Abıyevin II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, Əhəd Abıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Abıyev Əhəd Mikayıl oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdır. 

Əhəd Abıyev
Əhəd Abıyev