Ermənistanın bir hissəsi satışa çıxarılıb

12 Yanvar, 2018 19:40 | Siyasət | Baxış sayı: 472
İrəvan - Ermənistan paytaxtı
İrəvan - Ermənistan paytaxtı

Hələlik vəzncə yüngül, qiymətcə ağırdan başlanıb

Ermənistan hökuməti 2018-2021-ci illər ərzində ölkənin ehtiyat fondunda toplanmış qiymətli əşyaları satışa çıxarmaq barədə qərar verib.

İstiPress-in “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Vardan Aramyan bildirib.

Nazir Ermənistanın öz qiymətli əşyalarını - qızıl məmulatları və daş-qaşları niyə satmasının niyə satmasının əsl səbəbini gizlətməyə çalışıb.  Vardan Aramyan bildirib ki, 1996-cı ildən bu yana dövlət xəzinəsinə yığılmış qiymətli daşlar və məmulatlar satılmayıb. Bu müddət ərzində illər boyu yığılmış böyük miqdarda qızıl məmulatların əksəriyyəti öz aktuallığını və qiymətini itirib. Buna görə də, Ermənistan həmin əşyaları satmalı olacaq.

Əslində isə həmin əşyalar satılaraq Ermənistanın  dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu sirr deyil ki, Rusiyada işləyən erməni miqrantlar yavaş-yavaş öz ailələrini ölkədən çıxardığından Ermənistana göndərilən transfertlər də ildən ilə azalır. Buna görə, həmin vəsaitlər hesabına büdcəyən yönələn ödənişlər də azalır. Ermənistan da bunun əvəzini doldurmaq üçün yeni mənbələr axtarmağa məcburdur. Ola bilər gələcəkdə İrəvan boşalan büdcəni doldurmaq üçün müəyyən əraziləri də satmalı olacaq. Nə bilmək olar?!