Ehtiyat Fondundan satış başlayır
Ermənistan hakimiyyəti fövqəladə iclas keçirib. Bu iclasda bəzi qərarlar qəbul edilib. Ölkənin ehtiyat fondunda olan bahalı daş-qaşlar, zinət əşyaları satışa çıxarılacaq. Layihənin müəllifi maliyyə naziri Vardan Abramyandır.
Onun sözlərinə görə, bahalı daşlar və başqa zərgərlik məmulatları 1996-cı ildən toxunulmayıb. Onlar həddindən artıq çoxdurlar. Bununla yanaşı nazir deyib ki, bu məmulatların saxlanması baha başa gəlir. Bunun üçün də təcili şəkildə hərrac keçirilməlidir.
Ekspertlər artıq hökumətin qərarını şərh ediblər. Satışın bir məqsədi var. Hakim dairədədiklər hansısa yolla tamamilə boşalan büdcəni doldurmaq istəyir.