Erməni nazir yalvardı: "Kəmərləri sıxın"

12 Yanvar, 2018 11:57 | Siyasət | Baxış sayı: 356
Ac ermənilər
Ac ermənilər

Ermənistanın problemlərinin açarı

Ermənistanın baş naziri ölkə vətəndaşlarına "kəmərlərini daha da bərk sıxmağı" məsləhət görür? Rəhbərlik səviyyəsindən baxanda bu ölkədə hər şey yaxşı görünür. Statistika iddia edir ki, iqtisadi artım var, hər yerdə Ermənistana İran və Rusiyadan rekord sayda turistin gəldiyindən danışırlar, mətbuat isə Rusiyadan köçürmələrin artdığını yazır. Məhz bu pullar bu ölkədə yaşayanların gəlirlərinin böyük hissəsini təşkil edir.

Bu fonda baş nazir Karen Karapetyanın dedikləri xeyli təccüb doğurur.  Nazir əhalini bu il daha qənətcil yaşamağa çalışmağa səsləyib. Lap məşhur məsəl kimi - vəziyyətin pisdirsə, kefini pozma. Çünki gələcəkdə daha çətin olacaq...

Bütün bunlar isə Dağlıq Qarabağda müharibənin Ermənistan iqtisadiyyatına olduqca mənfi təsir etməsi səbəbindən baş verir. Bu barədə ölkə rəhbərliyi, yerli iqtisadçılar, hətta rusiyalı ekspertlər də deyir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Qarabağ münaqişəsi Ermənistanın iqtisadi problemlərin üçün də açar rolunu oynayır. O, qeyd edir ki, bu Cənubi Qafqaz ölkəsi özü-özünü saldığı dalana dirəyib. Bunun üçün də normal inkişaf edə bilmir. “Demək olar ki, iqtisadi problemlərin 90 faizi Qarabağla bağlıdır”.

Moskva Dövlət Universitetinin dosenti Aleksey Fonenko da hesab edir ki, Ermənistan bu gün pis vəziyyətdədir. İqtisadi problemlərin həlli üçün siyasi iradə  - Qarabağ münaqişəsinin həlli lazımdır. Ölkə rəhbərliyi isə bunu etməkdən çəkinir.

Fəal İqtisadiyyat İnstitunun direktoru Nikita İsayev də onlarla razıdır. O, Ermənistanın başq ölkələrdən asılı olduğunu xüsusilə qeyd edir. “O, xarici siyasətdən çox asılıdır. Bu geoloji yerləşməsinə görədir”. Onun sözlərinə görə, Ermənistan münaqişlərə görə hələ daha çox itki ilə qarşılaşacaq. "Qarabağ münaqişəsi iqtisadiyyatın dalandır”.