Türkiyədə prezident seçilmək üçün yaş həddi 18-ə endirilir

12 Yanvar, 2017 04:35 | Siyasət | Baxış sayı: 32
Türkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi

Konstitusiyanın 3-cü maddəsinin lehinə 341, əleyhinə isə 139 səs verilib

Türkiyə Böyük Millət Məclisi ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 3-сü və 4-cü maddələr qəbul edib.

İstiPress-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, 3-cü maddənin səsverməsinə 485 deputat qatılıb. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib.

Layihənin 3-ci maddəsinə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir.

Ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 4-сü maddəsi də qəbul edilib.

Səsverməyə 486 deputat qatılıb. Maddənin lehinə 343, əleyhinə isə 139 səs verilib.

Layihənin 4-cü maddəsində Türkiyə parlament və prezident seçkilərinin 5 ildən bir keçirilməsi barədə deyilir.

Xatırladaq ki, səsvermə zamanı parlamentdə dava düşmüşdü.