Türkiyə parlamentində gecəyarısı böyük dava, yaralılar var (VİDEO, FOTO, YENİLƏNİB)

12 Yanvar, 2017 05:20 | Siyasət | Baxış sayı: 287
Türkiyə Böyük Millət Məclisində dava
Türkiyə Böyük Millət Məclisində dava

Hadisə konstitusiya dəyişikliyinə dair səsvermə zamanı olub

Türkiyə Böyük Millət Məclisində yenidən dava düşüb.

İstiPress-in məlumatına görə, Konstitusiyaya dəyişikliklər layihəsinin 5-ci maddəsinin müzakirəsi müzakirəsi zamanı millət vəkilləri əlbəyaxa olublar.

Səsvermə gedişatında Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Kürsü yerindən dağıdılıb.

Hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar.

Nəticədə deputatlar arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir.


23:08

Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliyin edilməsi bağlı keçirilən səsvermə zamanı dava düşüb.

İstiPress-in İhlas xəbər agentliyinə istinadən verdiyi məlumata görə, parlamentdə müzakirələrdən sonra səsverməyə gələn hakim Ədalət və İnkişaf Pariyasından (AK partiya) olan millət vəkilləri ilə Cümhuriyyət Xalq partiyasından (CHP) olan deputatlar arasında əlbaya dava başlayıb.

Dava düşdüyündən səsverməyə fasilə verilib. Hadisə zamanı baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı parlamentdə olub.

Qeyd edək ki, CHP konstitusiya dəyişikliyinə qarşıdır.