"Taliban" qaçırılmış amerikalı professorların görüntüsünü yayıb (VİDEO)

12 Yanvar, 2017 10:33 | Siyasət | Baxış sayı: 34
"Taliban" qaçırılmış amerikalı professorların görüntüsünü yayıb
"Taliban" qaçırılmış amerikalı professorların görüntüsünü yayıb

Video professorların sağ qalmasını sübut edən hələlik yeganə dəlildir

"Taliban" silahlıları Əfqanıstanda qaçırılmış iki ABŞ professorunun videomüraciətini yayıb. Müraciətdə onların yeni prezident Donald Trampdan kömək istədikləri görüntülənib.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, 60 yaşlı amerikalı Kevin Konq və onun həmkarı 48 yaşlı avstraliyalı Con Uiks 5 ay əvvəl Kabildə Amerikanın Əfqanıstandakı universitetinin yaxınlığında qaçırılıb.

Professorların görüntüləri "YouTube" portalında yayımlanıb. Videomüraciətdə Kinq silahlıların tələbini də səsləndirib. Tələbə görə, ABŞ professorları ancaq həbs olunan "Taliban" silahlılarının azad edilməsi qarşılığında xilas olacaq.

Qeyd edək ki, həmin video qaçırıldıqları gündən bu günə qədər professorların sağ qalmasını sübut edən yeganə dəlildir.